Rusiyadan Türkiyəyə müjdə
03.09.2016 19:58 Dünyadan reaksiya 904
Türk Axını layihəsinin birinci qolu 2019-cu ilin sonuna qədər tamamlana bilər.
Axar.az xəbər verir ki, bunu Rusiyanın Enerji naziri Aleksandr Novak Şərq İqtisadi Forumunda jurnalistlərə açıqlamasında deyib.
Nazir Türkiyə ilə Rusiya arasındakı iri layihələrlə bağlı müzakirələrin davam etdiyini bildirib:
“Bir yol xəritəsi hazırladıq və Ankaraya təqdim etdik. Bundan əlavə, hökumətlərarası razılaşmanın layihəsi hazırlandı. Bu razılaşmaların 1-2 ay ərzində imzalanmasını və layihənin ilk hissəsinin 2019-cu ilin sonuna qədər tamamlanmasını gözləyirik”.
Novak ABŞ tərəfindən Qazproma tətbiq edilən sanksiyaların sözügedən layihəyə təsir etməyəcəyini bildirib.
Şərhlər