İslam Kərimovun qızını dəfnə buraxmadılar
03.09.2016 21:52 Dünyadan reaksiya 925
Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanı atasının dəfninə buraxmayıblar.
Axar.az “Fərqanə” saytına istinadən xəbər verir ki, Kərimovaya hətta atası ilə vidalaşmağa da icazə verməyiblər.
Məlumata görə, Gülnarə Kərimova artıq iki ildir ki, ev dustağıdır və ətraf mühitdən, o cümlədən internetdən təcrid olunub.
Qeyd edək ki, Daşkənddə keçirilən dəfn mərasimində dünyanın bir çox ölkələrindən gələn rəsmi şəxslər, həmçinin Kərimovun kiçik qızı Lola iştirak edib.
Şərhlər