Antalyada turist gəmisi batdı: 33 yaralı, 2 itkin - FOTOLAR
03.09.2016 22:59 Dünyadan reaksiya 1174
Türkiyədəki Antalya kurortunun sahillərində "Kurt-C" adlı yelkənli turist-ekskursiya gəmisi aşıb. 73 sərnişin xilas edilib. Onların 33 nəfəri yaralıdır.
Milli.Az DHA-ya istinadən bildirir ki, turistlər arasında bir nəfər - Türkiyə vətəndaşı olan qadın və bir uşaq itkin düşüblər.
"Kurt-C" gəmisi Konyaaltı sahillərində ilk əvvəl saya yatıb, sonra çevrilərək batıb. Bölgədəki dəniz polislərinin dediklərinə görə, gəmi 45 metr dərinliyə batıb.
Xilas edilən 33 sərnişin Yat limanına çatdırılıb.
Sərnişinlər isə gəmidə 83 turistin olduğunu deyirlər.
Şərhlər