Ərdoğanla Putin görüşdülər
03.09.2016 23:10 Dünyadan reaksiya 1011
"Böyük İyirmilik" (G-20) ölkələrinin dövlət və hökumət başçılarının Hançjou şəhərində keçirilən sammitində Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşü başa çatıb.
Milli.Az Anadolu-ya istinadən bildirir ki, bağlı qapılar arxasındakı danışıqlar iki saat davam edib.
Türkiyənin danışıqlardakı rəsmi nümayəndə heyətinə baş nazir müavini Mehmet Şimşek, XİN başçısı Mövlut Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekçi, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, habelə MİT rəhbəri Hakan Fidan vardı.
Şərhlər