Meksikada hərbçilər və cinayətkarlar arasında atışmada 11 nəfər ölüb

04.09.2016 11:54     Dünyadan reaksiya     931

 Meksikanın Tamaulipas ştatının Nuevo-Laredo şəhərində hərbçilər və cinayətkarlar arasında atışmada 11 nəfər ölüb.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, atışma Nuevo-Laredo – Monterrey avtomobil yolunda, hərbçilər ərazini patrul etdiyi zaman baş verib.  
 
Məlumata görə, bir neçə avtomobildə hərəkət edən silahlılar hərbçiləri atəşə tutublar. Hərbçilər cavab atəşi açdıqdan sonra silahlıların bir hissəsi hadisə yerindən qaçıb, lakin, hərbçilər onları təqib edib müəyyənləşdirdikdən sonra təkrar atışma baş verib.  
 
Ümumilikdə 10 silahlı məhv edilib. Atışma zamanı təsadüfən yoldan keçən qadın da həlak olub.   
 
 
 

Şərhlər