Yaponiyada “Layonrok” qasırğasının qurbanlarının sayı 16 nəfərə çatıb

04.09.2016 14:35     Dünyadan reaksiya     953

Bu həftə Yaponiyanın şimal və şimal-şərq regionlarını vuran “Layonrok” qasırğasının qurbanlarının sayı 16 nəfərə çatıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qurbanların çoxu İvate əyalətinin İvaidzumi şəhərindəki köhnə evdə yaşayanlardır.  
 
Həmin evdə xilasedicilər 9 cəsəd aşkarlayıb.
 
Bu arada Yaponiyanın şimal-qərbinə yeni tropik qasırğanın yaxınlaşdığı məlum olub. Meteoroloqlar qasırğanın sabah səhər Kyusyu adasına çatacağını proqnozlaşdırırlar. 
 
 
 

Şərhlər