Yəməndə baş vermiş partlayışda 6 əsgər ölüb, 5 əsgər xəsarət alıb

04.09.2016 21:07     Dünyadan reaksiya     915

Yəmənin cənubundakı Ədən şəhərində polisin nəzarət buraxılış məntəqəsi yaxınlığında mina partlayışı nəticəsində 6 əsgər ölüb, 5 əsgər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi yerli məmurlara istinadən xəbər yayıb.

Məlumata görə, hadisə Şeyx Otman dairəsində qeydə alınıb.

Şahidlər bildirblər ki, partlayışdan sonra ərazidə atışma baş verib. Hadisə yerinə bir neçə təcili yardım maşını göndərilib. 

Hadisəyə görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar