Putin və Obama G20 sammiti çərçivəsində görüş keçirir

05.09.2016 10:52     Dünyadan reaksiya     907

Çində keçirilən "İyirmilik" sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obamanın görüşü başlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya tərəfindən danışıqlarda RF prezidentinin köməkçisi Yuri Uşakov, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və xarici işlər naziri Sergey Lavrov iştirak edir. 

Bir gün əvvəl Rusiya və ABŞ prezidentləri bir neçə dəfə "ayaqüstü" danışıqlar aparıb və bu gün görüşün keçirilməsi haqqında razılığa gəliblər. 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar