İŞİD türk hərbçilərini atəşə tutdu, ölən və yaralanan var
06.09.2016 22:32 Dünyadan reaksiya 884
Suriyada "Fərat Qalxanı" adı altında İŞİD-ə qarşı aparılan hərbi əməliyyatların 14-cü günündə raket zərbələri nəticəsində 2 türk əsgəri ölüb, 5-i yaralanıb.
Trend Habertürk-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, ötən sutka ərzində terrorçuların mövqelərinə 15 artilleriya zərbəsi endirilib, 44 hədəf məhv edilib.
Şərhlər