Türkiyədə yenə Gülən tərəfdarları saxlanıldı - 103 nəfər

07.09.2016 21:51     Dünyadan reaksiya     830

Türkiyə polisinin 17 vilayətdə apardığı xüsusi əməliyyat zamanı Fəthullah Gülən tərəfdarları ilə əlaqəsi olmaqda şübhəli bilinən 103 nəfər saxlanılıb.

Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, saxlanılanlar arasında hərəkatın səlahiyyətli şəxsləri də olub.

Onlar Gülən tərəfdarlarının Türkiyə Silahlı Qüvvələrində fəaliyyətinə nəzarət edir və əlaqələndirirdilər.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar