ABŞ-da iki təyyarə toqquşub, 3 nəfər ölüb

07.09.2016 23:03     Dünyadan reaksiya     886

ABŞ-da iki təyyarə toqquşub, 3 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Atlanta Journal-Constitution" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə Corciya ştatının Kerol dairəsində baş verib. Qərbi Corciya regional aeroportu yaxınlığında "Diamond Aircraft DA20C1" və "Beech F33A" təyyarələrinin toqquşması zamanı 3 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.  

 

 

Reaksiya.az

Şərhlər