Prezidenti kim xilas edib? – Ərdoğandan açıqlama

08.09.2016 14:07     Dünyadan reaksiya     1004

Mən onsuz da dövlət xəstəxanasında əməliyyat olunacağamı demişdim. 
 
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın onu ölümdən qurtarması ilə bağlı yayılan iddialara aydınlıq gətirərkən deyib.
 
Prezidentin sözlərinə görə, belə bir hadisə baş verməyib:
 
“Hakan Fidanın əməliyyata mane olması ilə bağlı deyilənlər yalandan başqa bir şey deyil. Heç dəxli yoxdur. Mən onsuz da dövlət xəstəxanasında əməliyyat olunacağamı demişdim.  Necə ki, əməliyyat Pendik dövlət xəstəxanasında oldu”.
 
Xatırladaq ki, İzmirdə FETÖ-ya maliyyə yardımı etməkdə təqsirləndirilərək həbs edilən iş adamları ifadələrində Gülən camaatının Ərdoğana sui-qəsd hazırladığını, lakin Hakan Fidanın buna imkan vermədiyini deyiblər.
 
 
 

Şərhlər