Nazir xanımı ev - ev gəzib, həyat yoldaş üçün səs istəyib - FOTOLAR

03.06.2015 12:45     Dünyadan reaksiya     808

 Türkiye Böyük Millət Məclisinə kecirilən secimlərə bir həftədən də az bir zaman qalıb. Zaman azaldıqca namzədlər daha da aktivləşirlər. Ən maraqlısı isə budur ki, namizədlər partiyadaşları və yaxınlarıyla bərabər, ailə üzvləri də yardım edir. Bu seçim də yenidən namizəd olanların xanımları təkcə mitinq meydanlarında həyat yoldaşlarının yanında seçicinin qarşısına cıxmayıb, həm də ev - ev gəzərək, həyat yoldaşlarına səs istədilər. Bunlardan biri də Meşə və Su təsərüfatı Naziri Veysəl Əroğlunun həyat yoldaşı Xədicə Əroğludr. Günlərdir ki, X.Əroğlu məhəllələri gəzəzrək, ev xanımları ilə görüşüb, təbliğat aparır. Ötən gün Xədicə xanım İzmirin Konak rayonundakı evlərdə ev xanımları ilə təbliğat lahiyəsində reaksiya.az olaraq bizdə iştirak etdik. Ev xanımların tənqid və təkliflərini səbrlə dinləyən nazir xanımı, həyat yoldaşının ilk dəfə İzmirdən millətvəkili namizədi adayı kimi seçimə qatıldığını, bu şəhərin, Veysəl bay və onun kimi insanlara büyük ehtiyacı olduğunu dilə gətirərək, İzmirin problemlərindən danışıb. Və hər kəsə söz verib ki, həyat yoldaşı burdan millət vəkili seçiləcəyi təqdirdə, mütəmadi olaraq İzmirə gələcəklərini və yerlərdə insanların sorunlarıyla tanış olub, bu problemləri çözməyə calışacaqlarına söz verib.

 

Nigar -İzmir

 

 

 

 

 

 

 

Şərhlər

Çox oxunanlar