Şimali Koreyada zarafat qadağan edildi

09.09.2016 15:01     Dünyadan reaksiya     1117

Şimali Koreyada Prezident Kim Çen İn haqqında zarafat etmək qadağan edilib. Ölkədəki totalitar rejim haqqında şərh və zarafat etmək qadağandır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, xarici ölkələrə ən qapalı rejim olaraq bilinən Şimali Koreyada , insanların günlük söhbətlərində Dövlət Başçısı Kim Çen İn haqqında zarafat etmək qadağan edilib.

 

Çanqanq şəhərindən bir nəfər qadağa haqqında “Bir dövlət rəsmisi şəxsən bizim bölgəyə gələrək daxili üsyançı ünsürlər potensial düşmənçilik fəaliyyəti edəcəyi ilə bağlı xəbərdarlıq üçün bölgə sakinləri ilə iclas təşkil edib. Yəni ağzımızı bağlamamızı dedi” açıqlaması verib.

 

 

Reaksiya.az

Şərhlər