Türkiyənin Suriyada tankları vuruldu - 3 ölü, 1 yaralı
09.09.2016 23:01 Dünyadan reaksiya 1018
Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı “Fərat qalxanı” əməliyyatının 17-ci günü də Türkiyə üçün itkisiz bitməyib.
İŞİD terror təşkilatı Suriyanın Rai bölgəsinin Tell Əl Hava kəndinin yaxınlığında Türkiyəyə məxsus tanklara raket atıb. Hadisə nəticəsində 3 əsgər şəhid olub, 1 əsgər yaralanıb. Bu barədə Türkiyə Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Türkiyə “Fərat qalxanı” adlı əməliyyata avqustun 24-də start verib. Türkiyə ordusunun Suriyada həyata keçirdiyi əməliyyat çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu 10-dan çox kəndi terrorçulardan azad edib.
Türkiyə ordusu əməliyyatın başladığı gündən bugünə qədər 7 şəhid verib.(Qafqazinfo)
Şərhlər