Hələbin raket atəşinə tutulması nəticəsində 7 nəfər ölüb, 24 yaralanıb
10.09.2016 10:11 Dünyadan reaksiya 1097
Cümə günü Suriyanın Hələb şəhərinin şimal hissəsindəki məhəlləsinin terrorçular tərəfindən atəşə tutulması nəticəsində bir neçəsi uşaq olmaqla 7 nəfər ölüb, 24 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə şəhər polisindəki mənbəyə istinadən SANA agentliyi məlumat yayıb.
Agentliyin həmsöhbəti qeyd edib ki, terrorçular Səlah əd-Din rayonuna 15-dən çox raket atıblar.
Şərhlər