Paraqvayda radiostansiyanın ofisinə partlayıcı qurğu atılıb

10.09.2016 10:18     Dünyadan reaksiya     945

Paraqvayda radiostansiyalardan birinin ofisinə partlayıcı qurğunun atılması nəticəsində bir neçə nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində, xüsusilə, canlı efirdə olan aparıcı və verilişin qonağı yaralanıb. Hadisə Pedro-Xuan-Kabalyero şəhərində baş verib. Radiostansiyaya hücum edənlərin kimliyi hələ ki, məlum deyil.

 

 

Reaksiya.az

Şərhlər