Bağdadda törədilən iki partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb, 40 nəfər yaralanıb

10.09.2016 10:22     Dünyadan reaksiya     854

 İraqın paytaxtı Bağdadda törədilən iki partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, daha 40 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
 
Məlumata görə, birinci partlayış Bağdadın şərq hissəsində, ticarət mərkəzinin qarşısında, ikinci isə avtomobil dayanacağında törədilib.
 
Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
 
 
 

Şərhlər