Çavuşoğlu və Lavrov Suriyadakı vəziyyəti müzakirə ediblər
10.09.2016 12:31 Dünyadan reaksiya 906
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu telefon danışığı zamanı Suriyadakı vəziyyəti və atəşkəsin perspektivini müzakirə ediblər.
Bu barədə Trend "TASS"-a istinadən xəbər verir.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-də Suriyada "Fərat qalxanı" hərbi əməliyyatına başlayıb.
Şərhlər