Gözlənilən xəbər gəldi: Atəşkəs elan edildi

10.09.2016 12:40     Dünyadan reaksiya     1027

ABŞ Dövlət katibi Con Kerri və Rusiya Xarici İşlər naziri Sergey Lavrov İsveçrənin Cenevrə şəhərində keçirilən görüşdə Suriyada atəşkəs elan edilməsi ilə bağlı razılığa gəlib.
 
Axar.az xəbər verir ki, tərəflər Qurban bayramı ilə əlaqədar olaraq, Suriyada atəşkəs elan edilməsinə qərar verib. Əgər atəşkəs 7 gün pozulmasa, Rusiya və ABŞ İŞİD və Nüsrə Cəbhəsinə qarşı birlikdə mübarizə aparacaq.
 
Razılaşma ilə bağlı danışan Kerri atəşkəsin sentyabrın 12-dən başlayacağını açıqlayıb. O, Suriya ordusunun müxalifətin olduğu bölgədə əməliyyat keçirməyəcəyini deyib.
 
Sergey Lavrov isə atəşkəsin dönüş nöqtəsi ola biləcəyini diqqətə çatdırıb.
 
Xatırladaq ki, ötən gün Lavrovla Kerrinin Cenevrədə keçirilən görüşü 13 saatdan çox çəkmişdi.
 
 
 

Şərhlər