Bəşər Əsədə məxsus hərbi hava qüvvələri Hələbi bombalayıb: - 24 ölü
10.09.2016 20:16 Dünyadan reaksiya 1007
Bəşər Əsəd rejiminə məxsus Hərbi Hava Qüvvələrinin Suriyanın Hələb şəhərinə endirdiyi aviasiya zərbələri nəticəsində 24 nəfər ölüb.
"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyinə Hələbin Mülki müdafiə qüvvələrinin nümayəndəsi Nəcib Ənsari xəbər verib. Onun sözlərinə görə, hava zərbələri nəticəsində daha 73 nəfər yaralanıb.
O, qeyd edib ki, Əsədin aviasiyası Məşhəd, Sukkeri, Ətarib rayonlarını bombalayıb.
Mülki müdafiə qüvvələrinin üzvləri dağılmış binaların altındakı meyitləri və yaralıları çıxarmağa çalışır.
Bombardmanlara məruz qalan rayonların səhra hospitallarında dərman çatışmazlığı hiss olunur.
Şərhlər