Əfqanıstanda 94 silahlı zərərsizləşdirilib

10.09.2016 20:21     Dünyadan reaksiya     860

Əfqanıstanın təhlükəsizlik qüvvələri son sutka ərzində ölkənin müxtəlif rayonlarında keçirilən hərbi əməliyyatlar zamanı 94 silahlını zərərsizləşdirib.
"Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında məlumat verilib.
Məlumata görə, ən çox silahlı ölkənin Uruzqan vilayətində zərərsizləşdirilib. Burada "Taliban" radikal qruplaşmasının 70 üzvü məhv edilib.
Zərərsizləşdirilənlər arasında İŞİD terror qruplaşmasının da üzvləri var.
Əməliyyatlar zamanı 13 əfqan hərbçisi ölüb.
 
 

Şərhlər

Çox oxunanlar