Suriya Lavrov-Kerri razılaşmasını dəstəklədi
11.09.2016 10:19 Dünyadan reaksiya 933
Suriya rəhbərliyi Rusiya və ABŞ XİN rəhbərləri Sergey Lavrov və Con Kerrinin əldə etdikləri ölkə ərazisində atəşkəs rejiminin tətbiqinə dair sazişi dəstəkləyib.
APA-nın SANA-ya istinadən verdiyi xəbərə görə, qərar humanitar yardımın təmin olunması məqsədi ilə qəbul edilib.
Razılaşmaya əsasən, Suriyada hərbi əməliyyatlar sentyabrın 12-dən etibarən dayandırılmalıdır.
Şərhlər