Klinton Kaliforniyaya səfərini xəstəlik səbəbindən təxirə salıb
12.09.2016 11:13 Dünyadan reaksiya 829
Hillari Klinton xəstəlik səbəbindən seçkiqabağı kampaniya çərçivəsində Kaliforniyaya səfərini təxirə salmaq məcburiyyətində qalıb. Xanım namizəddə pnevmoniya aşkar edilib.
"Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə onun qərargahının rəsmi nümayəndəsi bildirib.
Qeyd edək ki, ABŞ-da keçiriləcək prezident seçkilərinə Demokrat Partiyasının namizədi kimi qatılan H.Klintonun Kaliforniyaya iki günlük səfəri gözlənilirdi. Səfər çərçivəsində seçkiqabağı tədbirlər üçün vəsaitin toplanması nəzərdə tutulurdu.
Bazar günü Nyu-Yorkda 2001-ci il sentyabrın 11-də baş vermiş terror qurbanlarının xatirəsinə həsr edilmiş tədbir zamanı Klintonun vəziyyəti birdən pisləşib və o, öz avtomobilinə sərbəst minə bilməyib.
Şərhlər