Terrorçular atəşkəsdən imtina etdi
12.09.2016 14:39 Dünyadan reaksiya 860
Suriyadakı radikal İslam təşkilatlarından olan Əhrar-uş-Şam yeni atəşkəsə əməl etməyəcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən terror təşkilatının liderlərindən olan Əli Ömər bununla bağlı açıqlama yayıb:
“Altı ildir müharibənin əziyyətini çəkən üsyankar xalq yarımçıq həlləri qəbul edə bilməz. Rusiya və ABŞ-ın atəşkəs razılaşması üsyan edən xalqımızın fədakarlıq və qazanclarını yerə vuracaq. Bu razılaşma sadəcə rejimin gücləndirilməsinə xidmət edəcək”.
Şərhlər