Hindistanda terror: 1 ölü, 10 yaralı
13.09.2016 11:09 Dünyadan reaksiya 838
Hindistanın Cammu və Kəşmir ştatında törədilən terror aktı nəticəsində 1 dinc sakin ölüb, 10 nəfər yaralanıb. Modern.az xəbər verir ki, APA-nın TASS agentliyinə istinadən məlumatına görə, insident ştatın paytaxtı Srinaqar şəhəri yaxınlığında qeydə alınıb.
Naməlum terrorçular bazarda yerləşən polis məntəqəsinə qumbara atıblar. Hadisə nəticəsində bir dinc sakin ölüb, 3-ü polis olmaqla 10 nəfər xəsarət alıb. Polis əməkdaşlarının vəziyyətlərinin ağır olduğu bildirilir. Məlumata əsasən, Qurban bayramı ilə əlaqədar bazarda əhalinin sıxlığı daha çox olub.
Terror hadisəsi ilə bağlı məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.
Şərhlər