Suriya ordusu İsrail qırıcısını vurdu
13.09.2016 12:58 Dünyadan reaksiya 899
Suriyanın hava hücumundan müdafiə qüvvələri sentyabrın 13-nə keçən gecə ölkənin cənub-qərbindəki Kuneyter əyaləti üzərində İsrail qırıcısını vurub. Bu haqda Suriyanın rəsmi SANA agentliyi xəbər verir. Xəbərə əsasən Suriya HHM qüvvələri habelə İsrail pilotsuz aparatını da vurublar.
Virtualaz.org xəbər verir ki, İsrail qırıcısının Suriya ordusunun mövqelərini bombalamasına cavab olaraq vurulduğu açıqlanıb. İsrail təyyarəsi Sasaa qəsəbəsindən qərbdə düşüb. İsrail Müdafiə Nazirliyi hələlik xəbərə münasibət bildirməyib.
Bununla belə ötən gün Suriya ordusu üsyançılarla gedən döyüşlərdə İsrail ordusunun nəzarətində olan Golan təpələrinə mərmi atıb. Mərminin təsadüfən hədəfdən yayınıb bu ərazilərə düşdüyü, heç kimin xəsarət almadığı bildirilir. Bununla belə İsrail aviasiyası Suriya ordusunun mövqelərinə cavab zərbələri endirib.
Şərhlər