Sarkisyan Ermənistana yeni baş nazir təyin etdi
13.09.2016 13:09 Dünyadan reaksiya 1023
Ermənistan prezidenti Serj Sarkisyan Karen Karapetyanın baş nazir təyin edilməsi barədə sərəncam imzalayıb.
Virtualaz.org "İnterfaks"a istinadən xatırladır ki, Ermənistanın hakim Respublika partiyası baş nazir postuna Rusiyanın “Qazprom” şirkətinin nümayəndəsi Karen Karapetyanın namizədliyini təsdiq etmişdi. Müvafiq qərar Ermənistan prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi partiyanın icra orqanının və şurasının iclaslarında qəbul olunmuşdu.
Onu da qeyd edək ki, 2014-cü ilin aprel ayından Ermənistan hökumtinə rəhbərlik edən sabiq baş nazir Ovik Abramyan sentyabrın 8-də istefa verib.
Şərhlər