Ermənistan parlamentinin qarşısında aksiya keçirilib
13.09.2016 16:33 Dünyadan reaksiya 1132
İyul ayında Yerevanda polis alayının binasını zəbt etmiş və sonradan təslim olmuş silahlı dəstənin üzvlərinin doğmaları və tərəfdarları bu gün, sentyabrın 13-də parlament binasının qarşısına toplaşaraq deputatlardan “Sasna Tsrer”lə bağlı hansı addımların atılacağını dəqiqləşdirmək istəyiblər.
Etirazçılar binaya daxil olan bütün deputatlara yaxınlaşıblar, lakin heç kim onları dinləmək istəməyib. Deputatlar bunu işə tələsmələri ilə izah ediblər.
“Biz deputatların “Sasna Tsrer”in üzvləri və siyasi məhbuslarla bağlı hansı addımları atacaqlarını anlamaq istəyirik. Lakin Ovanes Markaryandan savayı heç bir deputat bizi dinləmək istəmədi”, - mitinq iştirakçıları deyiblər.
Şərhlər