Türkiyə və Rusiyanın Baş Qərargah rəisləri danışıqlara başlayır
15.09.2016 11:50 Dünyadan reaksiya 1107
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov sentyabrın 15-də Türkiyəyə səfər edəcək.
Virtualaz.org İTAR-TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
Onun sözlərinə görə, səfər çərçivəsində iki ölkə arasında hərbi əməkdaşlıq, habelə Suriyadakı vəziyyətin müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun avqustun 26-da Türkiyəyə səfəri təxirə salınmışdı.
Şərhlər