İndoneziyanın şərqində 5.2 bal gücündə zəlzələ baş verib

16.09.2016 08:41     Dünyadan reaksiya     981

İndoneziyanın şərqində Rixter şkalası üzrə 5,2 bal gücündə zəlzələ baş verib.

Trend-in "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə əsasən, zəlzələnin episentri Seram adasından 94 kilometr şimal-şərqdə baş verib. Təbii fəlakətin ocağı 113 kilometr dərinlikdə yerləşib.

Sunami təhlüləsi yoxdur.

Xəsarət alanlardan və dağıntılardan xəbər yayılmayıb.

 

Reaksiya.az

Şərhlər