Hillari Klinton səhhətindən danışdı

16.09.2016 09:44     Dünyadan reaksiya     1089

ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton jurnalistlərə özünü yaxşı hiss etdiyini bildirib. APA-nın "RA Novosti"yə istinadən verdiyi xəbərə görə, Klinton sentyabrın 16-da Şimali Karolinada çıxışı zamanı jurnalistləri maraqlandıran bütün sualları cavablandıracağını vəd edib.  
 
"Mən özümü əla hiss edirəm, sağ olun!", - deyə Klinton təyyarəsinin göyərtəsində KİV nümayəndələrinə bildirib.   
 
Demokratlar Partiyasından prezidentliyə namizəd digər suallara cavab verməkdən boyun qaçırıb.
 
 

Şərhlər