Türkiyə-ABŞ arasında növbəti təmas

16.09.2016 23:16     Dünyadan reaksiya     899

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Con Kerri arasında telefon əlaqəsi baş tutub.
 
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin diplomatik mənbələri məlumat yayıb.
 
Tərəflərin Suriyada hərbi əməliyyatların dayandırılması üçün atəşkəs rejiminin tətbiq edilməsi və bu ölkəyə humanitar yardımların çatdırılması məsələlərini müzakirə etdiyi bildirilib.
 
Danışıq zamanı Çavuşoğlu Bəşər Əsəd rejiminin mütəmadi atəşkəsi pozduğunu da vurğulayıb.
 
 
 

Şərhlər