Rusiyanın Ukraynadakı səfirliyinə hücum olub
17.09.2016 09:11 Dünyadan reaksiya 910
Rusiyanın Kiyevdəki səfirliyi bu gecə naməlum şəxslərin hücumuna məruz qalıb.
APA-nın məlumatına görə, bu barədə "Strana.ua" saytı hadisə şahidlərinə istinadən xəbər verib.
Məlumata əsasən, 20-dək naməlum şəxs gecə saatlarında diplomatik missiyanı fişənglərdən atəşə tutub, sonra isə hadisə yerindən qaçıblar.
Səfirliyi mühafizə edən Ukrayna Milli Qvardiyaçıları faktı təsdiqləyib. Hadisə nəticəsində zərərçəkən olmayıb, binaya nəzərəçarpacaq dərəcədə ziyan dəyməyib.
Şərhlər