Birinci ledi gəncləri Klintona səs verməyə ÇAĞIRDI
17.09.2016 16:32 Dünyadan reaksiya 1025
ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama gənc seçiciləri kənarda qalmamağı və dövlət başçısı seçimində Demokratlar Partiyasının namizədi Hillari Klintona səs verməyə çağırıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, birinci ledi deyib:
“Mən bu seçkilərdə insanların ruh yüksəkliyi hiss etmədiyini eşidəndə, icazə verin deyim ki, bununla razılaşmıram, mən ruhlanmışam”.
Prezidentin həyat yoldaşı Corc Meyson universitetindəki çıxışında gəncləri Klintonun xeyrinə birləşməyə səsləyib. Birinci ledi çıxışı zamanı Klintonun rəqibi Donald Trampın adını çəkməsə də, dəfələrlə onu tənqid edib.
Mişel Obama bu prezidentlik yarışında Hillari Klintonun ən effektli və aşkar tərəfdarlarından biri olub. Birinci ledinin bu mövqeyi 4 il əvvəl Barak Obamanın prezident seçkilərində onu dəstəkləyən seçicilər arasında daha çox görünüb.
ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.
Şərhlər