Yekun sənəd: AB-nin 6 ay vaxtı qaldı

17.09.2016 18:44     Dünyadan reaksiya     1031

Avropa Birliyi liderlərinin qeyri-rəsmi Bratislava sammitində yekun deklarasiya qəbul edilib.
 
Axar.az xəbər verir ki, birlik liderləri yarım il ərzində Breksitdən sonra AB-nin inkişafı haqqında planın hazırlanması haqqında qərar qəbul ediblər. Qərb mətbuat orqanlarının iddiasına görə, hazırlanacaq yol xəritəsi martda AB liderlərinin Roma sammitində təsdiqlənəcək.
 
Qeyd edək ki, dünən Slovokiyanın paytaxtı Bratislavada AB ölkələri liderlərinin qeyri-rəsmi sammiti keçirilib. Sammitdə əsas müzakirə mövzusu Breksitdən sonra AB-nin taleyi məsələsi olub. Bratislavaya Böyük Britaniyadan başqa bütün AB liderləri dəvət edilib.
 
 

Şərhlər

Çox oxunanlar