Nyu-Cersidə marafon öncəsi partlayış törədilib

18.09.2016 09:40     Dünyadan reaksiya     1049

ABŞ-ın Nyu-Cersi şəhərində marafon öncəsi partlayış törədilib, insident nəticəsində xəsarət alan olmayıb. 
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, kustar üsulla hazırlanmış partlayıcı qurğu zibil qutusunda yerli vaxtla 09.30-da (Bakı vaxtı ilə 17.30-da) partladılıb. 
 
Saat 9.00 planlaşdırılmış 5 km-lik xeyriyyə marafonun startı qeydiyyatla əlaqədar yubanıb. Partlayışdan sonra marafonun keçirilməməsinə qərar verilib. 
 
Məlumata görə, hadisə yerinin yaxınlığında daha bir partlayıcı qurğu aşkarlanıb. 
 
İnsident polis tərəfindən araşdırılır.
 
 

Şərhlər