Nyu-Yorkda üçüncü partlayıcı qurğu aşkarlanıb
18.09.2016 13:09 Dünyadan reaksiya 956
ABŞ polisi Nyu-Yorkda partlayıcı qurğu olduğu ehtimal edilən üçüncü qurğu aşkarlayıb.
APA-nın CNN telekanalına istinadən verdiyi məlumata görə. Hazırda araşdırma aparılır.
Qeyd edək ki, Nyu-Yorkda dünən axşam partlayış baş verib. Partlayış əhalinin sıx olduğu Çelsi rayonunda, çoxlu sayda mağaza, restoran, bar, gey-klubların olduğu küçədə törədilib.
Partlayış nəticəsində 29 nəfər yaralanıb, onlardan birinin durumu ağırdır.
Təhqiqatçıların partlayışın öncədən planlaşdırılmış akt olduğunu bildiriblər. Araşdırma zamanı hadisə yerində ikinci şübhəli qurğu aşkarlanmışdı.
Şərhlər