Putinin partiyası Duma seçkilərini uddu
19.09.2016 15:13 Dünyadan reaksiya 933
Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə hakim “Vahid Rusiya” Partiyası qalib gəlib.
Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Mərkəzi Seçki Komissiyası ilkin nəticələri elan edib.
Nəticələrə əsasən “Vahid Rusiya” 54,28%, Kommunist Partiyası 13,61%, Liberal-Demokrat Partiyası 13,37%, “Ədalətli Rusiya” Partiyası isə 6,17% səs toplayıb.
Digər 10 siyasi partiya 5%-lik minimum həddi aşa bilməyib.
Xatırladaq ki, deputat mandatı uğrunda 14 siyasi partiya və 2100-ə yaxın müstəqil namizəd mübarizə aparıb.
Beləliklə, ilkin hesablamalara əsasən, Dövlət Dumasına seçkilərdə 4 partiya qələbə qazanıb.
“Vahid Rusiya” 135 mandat, Liberal-Demokrat Partiyası və Kommunist Partiyası 37 mandat, “Ədalətli Rusiya” Partiyası isə 16 mandat qazanıb.
Şərhlər