Suriyalı müxalif: “Təlim - təchiz layihəsi ABŞ ucbatından uğursuzluğa düçar oldu”

21.07.2015 05:18     Dünyadan reaksiya     2568

Xaricə KİV - ə açıqlama verən Suriya Müxalif və İnqilabçı Güclər Koalisiyasının (SMİK) üzvü Yusuf Maxli ABŞ-ın İŞİD - le mübarizədə qətiyyət göstərməməsi ucbatından “təlim - təchiz” layihəsinin uğursuzluqla nəticələndiyini iddia edib.

Məxli ABŞ-Türkiyə-Səudiyyə Ərəbistanı və Qətər ortaqlığında planlaşdırılan “Suriyalı müxaliflərin təlim - təchiz layihəsinin uğursuz olduğunu iddia edib və bunu da Vaşinqtonun İŞİD ilə mübarizədə qətiyyət göstərməməsi ilə əlaqələndirib.

 

ABŞ ASO ilə çalışmaq istəmir

 

Maxli açıqlamasında bunları söyləyib: "Bundan bir müddət əvvəl Azad Suriya Ordusu (ASO) üzvləri üçün “Təlim - təchiz layihəsi başladı. Ancaq program uğursuz oldu. 6 minə yaxın rəsmi işçi göndərildi. Ancaq yalnız 60 nəfərə təlim keçdilər. Bu, çox gülünc bir rəqəmdir. Bundan bu məna çıxır ki, koalisiya qüvvələri, xüsusilə də ABŞ bu mövzuda yəni ASO ilə əməkdaşlıq etməkdə maraqlı deyil. 5 min nəfərin təlimləndirilməsi planlaşdırılır, danışıqlar və razılaşmalar aparılır, proqram dünya ictimaiyyətinin də marağına səbəb olur. Ancaq nəticədə yalnız 60 nəfərə təlim keçirilir. Hər halda, ABŞ rəhbərliyində ASO ilə əməkdaşlıq etmək istəmirlər. ABŞ bölgədə təkcə müttəfiq kimi gördüyü PYD ilə işləmək istəyir, başqa qüvvələrə isə inamsızlıq nümayiş etdirir".

 

Təlimdə iştirak etmək istəyənlərin qarşısına şərt qoyulurdu

 

Maxli ABŞ-ın "Suriya prezidenti Bəşər Əsada qarşı döyüşməyəcəksiniz” sözü almasını da sərt bir şəkildə tənqid edib:" Layihə çərçivəsində təlimdə iştirak edəcək şəxslər İŞİD - ə qarşı döyüşəcəkdi. Bunların bir çoxu isə İŞİD lə bərabər Suriya rejimi ilə mübarizə aparmaq istəyirdi. Ancaq bu tələb qəbul edilmədi, bu şəxslər geri qaytarıldı. Təlimdə iştirak edəcək şəxslərin qarşısına şərt qoyuldu. ASO - dan gələn qruplar olmalarına baxmayaraq ABŞ təlimdə iştirak etmək istəyənləri xeyli müddət nəzarətdə saxladı. Bu şəxsləri sanki ABŞ vətəndaşlığına qəbul edəcəkmiş kimi araşdırdı. Buna görə də ABŞ İŞİD – lə mübarizədə ciddi – cəhd göstərmir. Bunun da ən bariz nümunəsi təlim – təchiz layihəsində təkcə 60 nəfərin təlim keçməsidir Bu 60 nəfər İŞİD – lə döyüşəcək. Ondan başqa belə görünür ki, Suriya rejimi ilə döyüşəcəklər”.

Şərhlər

Çox oxunanlar