ATƏT-in sədri Qarabağ məsələsində Rusiyadan narazıdır
03.06.2015 14:37 Dünyadan reaksiya 669
“Minsk qrupunun həmsədri konstruktiv yanaşma nümayiş etdirməlidir və sülh prosesinə yardım etməlidir”
ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla birgə keçirdiyi mətbuat konfransında Rusiyanı ittiham edib.
Reaksiya.az-ın Ermənistan KİV-inə istinadən verdiyi xəbərə görə, İvitsa Daçiç jurnalistlərin suallarını cavabandırarkən, ATƏT-in Minsk qrupunun həmsədri Rusiyanın Qarabağ münaqişəsinin nizama salınması məsələsində Rusiyanın obyektivliyi şübhə altında olduğunu deyib.
O, Azərbaycanın Rusiyadan silah almasına da münasibət bildirərək qeyd edib ki, tərəflərin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir: “Minsk qrupunun həmsədri konstruktiv yanaşma nümayiş etdirməlidir və sülh prosesinə yardım etməlidir”.
Serbiyalı nazir onu da deyib ki, qaçqın və itkin düşənlərlə bağlı məsələlərin həlli naminə sülh prosesini möhkəmləndirmək və cəbhə xəttində atəşkəs rejiminə əməl etmək kazımdır.
Şərhlər