ABŞ: İsrail, F-35 – dən istifadə edən tək Orta şərqli müttəfiqimiz olacaq
21.07.2015 07:49 Dünyadan reaksiya 2512
İsrailə səfər edən ABŞ Müdafiə naziri Carter mətbuata verdiyi açıqlamada "İsraili müdafiə etmək üçün verdiyimiz sözün arxasındayıq və aramızdakı ittifaq həmişəkindən daha da güclüdür" - deyib. Carter İsraili ən inkişaf etmiş hərbi sistemlərlə də təchiz edəcəklərini deyib.
BMT Təhlükəsizlik Şurasının (BTŞ) İran ilə P5 + 1 ölkələri arasında keçən həftə əldə olunan son nüvə razılığını təsdiqləməsindən sonra, razılaşma mövzusunda Yaxın Şərqdəki müttəfiqlərini rahatlaşdırmaq üçün səfərə çıxan ABŞ Müdafiə naziri Ashton Carter əvvəlcə müqaviləni “tarixi bir səhv” kimi xarakterizə edən İsrailə gedib. Təl Əvivdə israilli həmkarı Moşe Yalon ilə bir araya gələn və görüşdən sonra bir mətbuat konfransı təşkil edən nazir ikitərəfli münasibətlər, İran ilə əldə olunan nüvə razılaşmasını dəyərləndirib.
Aramızdakı ittifaq həmişəkindən daha da güclüdür
"İsraili müdafiə etmək üçün verdiyimiz sözün arxasındayıq və aramızdakı ittifaq həmişəkindən daha da güclüdür" - deyən Carter, İran ilə nüvə müzakirələr nəticəsində əldə olunan razılaşmanın müdafiə nazirliyi üçün heç nəyi dəyişdirmədiyini vurğulayıb: "Bu sözümüz sayəsində İsrail özünü hər cür təhlükədən qoruya biləcək. Ətraflı imkanlar təmin etməyə davam edəcəyik. İsrail gələn il bölgədə F-35 döyüş təyyarəsinə sahib olan ilk və tək dostumuz olacaq".
Ən böyük dost mesajı verilib
Carter çıxışı zaman bildirib ki, ABŞ, ölkə ordusu və şəxsən onun üçün İsrailin təhlükəsizliyi əsas məsələdir. İsrailin ABŞ-dan daha yaxın bir dostu yoxdur.
İsrail xarici işlər naziri Yalon da İran ilə əldə edilən razılaşmaya etiraz etdiklərini ifadə edərək, razılaşmanın doğuracağı fəsadlardan narahat olduqlarını açıqlayıb. İran ilə nüvə müzakirələrində anlaşma təmin edilməsini və digər əhəmiyyətli mövzuları birlikdə açıq bir şəkildə müzakirə etdiklərini ifadə edən Yalon bunları deyib:
"Ötən illərdə İsrailin gerçək bir dostu olduğunuzu sübut etdiniz və İsrailin təhlükəsizliyini prioritet məsələyə çevirdiniz. İsrailin təhlükəsizliyinə diqqətinizin nə qədər böyük olduğunu bilirik. İsrailin ABŞ-dan böyük dostu yoxdur. Biz burada bu açıqlamanı veririk, İsrail və ABŞ birgə yüksək texnologiya ortaqlığı, ortaq hərbi manevr və digər əməkdaşlıq sahələrində çalışırıq".
Netanyahu ilə də görüşəcək
Carter bu gün İsrail Baş naziri Benyamin Netanyahu ilə də görüşdükdən sonra Səudiyyə Ərəbistanına və İordaniyaya səfər edəcək.
Şərhlər