Türkiyədə PKK terrorçuları ilə atışmada bir hərbçi şəhid olub, digəri yaralanıb

20.09.2016 22:50     Dünyadan reaksiya     868

Türkiyə təhlükəsizlik qüvvələri ilə terrorçu PKK qruplaşmasının üzvləri arasında atışma baş verib. 

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qars əyalətinin Kağızman rayonunda qeydə alınıb. Nəticədə bir hərbçi şəhid olub, birisi yaralanıb.  

Məlumata görə, Türkiyə təhlükəsizlik qüvvələri 4 terrorçunu zərərsizləşdiriblər. 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar