Çində kimya zavodunda partlayış baş verib: - 4 ölü, 4 yaralı

21.09.2016 08:42     Dünyadan reaksiya     956

Çinin Şandun vilayətinin Yantay şəhərində yerləşən kimya zavodunda partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Yerli dövlət orqanlarının agentliyə verdiyi məlumata görə, "Wanhua" şirkətinin zavodundakı qurğulardan birinə texniki baxış zamanı qəbuledici partlayıb. Nəticədə 4 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdirilib.

Polis hadisənin başvermə səbəblərini araşdırır. 

 

Reaksiya.az

Şərhlər