Türkiyə: "İlham Əliyev FETÖ-yə qarşı..."

21.09.2016 20:20     Dünyadan reaksiya     1181

Azərbaycanın dövlət başçısı İlham Əliyev FETÖ-yə qarşı lazımi tədbirləri görür.
 
Bu sözləri APA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman deyib.
 
“Azərbaycan bizim doğurdan da “Bir millət, iki dövlət” şüarı ilə birlikdə olduğumuz qardaş ölkədir. O cür insanların fəaliyyətlərinə icazə verməsinlər. FETÖ “sülh, mülayim islam” maskalarının arxasında böyük dövlətlərə xidmət edən zavallı bir qrupdur”, - deyə İsmayıl Qəhrəman bildirib.
 
“İlham Əliyev böyük dövlət xadimidir, lazımi tədbirləri görür. Bir çox platformada biz Azərbaycanla bir yerdəyik, bir-birimizi kürək-kürəyə, çiyin-çiyinə dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik”, - deyə Türkiyə Böyük Millət Məclisinin sədri vurğulayıb. 

 

Reaksiya.az

Şərhlər