ABŞ-da polislə etirazçılar arasında toqquşma baş verib, ölən var

22.09.2016 08:38     Dünyadan reaksiya     937

 ABŞ-ın Şarlott şəhərində (Şimali Karolina ştatı) polislə etirazçılar arasında toqquşma baş verib.
 
APA-nın Fox News telekanalına istinadən verdiyi xəbərə görə, qarşıdurma zamanı xəsarət alan şəxs bir müddət sonra xəstəxanada keçinib.
 
Məlumata görə, polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Etirazlara səbəb bir gün əvvəl qaradərili Keyt Skottun polis tərəfindən öldürülməsi olub. Qeyd olunur ki, 43-yaşlı kişini  öldürən polis əməkdaşının özü də qaradərilidir. İnsidentdən sonra Şarlott şəhərində iğtişaşlar qeydə alınıb, şəhərdə fövqəladə vəziyyət elan edilib.
 
Xatırladaq ki, sentyabrın 19-da ABŞ-ın Oklahoma ştatında  polis əməkdaşı qaradərili Terens Kratçeri güllələyərək öldürüb. 
 
 

Şərhlər

Çox oxunanlar