Lavrov və Kerri müzakirə aparıblar
22.09.2016 09:44 Dünyadan reaksiya 862
Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş keçirilib.
APA-nın xəbərinə görə, bu barədə Rusiya xarici işlər nazirliyinin məlumatında bildirilir.
“Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Sergey Lavrov və Con Kerri arasında görüş keçirilib. Görüşdən əvvəl tərəflər arasında telefon danışığı olub. Danışıq ABŞ tərəfinin təşəbbüsü ilə gerçəkləşib. Tərəflər Suriyada son vəziyyəti müzakirə edib, nizamlanma prosesinə dair fikir mübadiləsi aparıblar”, məlumatda deyilir.
Şərhlər