Yaponiya sahillərində 6,5 bal gücündə zəlzələ baş verib

23.09.2016 10:17     Dünyadan reaksiya     1012

 
Sentyabrın 23-də Yaponiyanın şərq sahillərində 6,5 bal gücündə zəlzələ baş verib. Milli Meteorologiya Agentliyinin məlumatına əsasən, yeraltı təkanların episentri Çiba prefekturasının Sakit okean sahillərində, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
 
Dağıntılar və zərərçəkənlər barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.
 
Zəlzələnin yüksək maqnitudasına baxmayaraq, yeraltı təkanlar ölkə ərazisində, demək olar ki, hiss olunmayıb. Tektonik təkanların yapon cədvəlinə əsasən zəlzələ cəmi 1 bal gücündə qiymətləndirlib.   AZƏRTAC
 
 
 

Şərhlər