Rusiya Azərbaycanla sərhədə OMON yeritdi
23.09.2016 11:39 Dünyadan reaksiya 1101
Dağıstanın Məhərrəmkənd rayonunda antiterror əməliyyatları rejimi tətbiq edilib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Milli Antiterror Komitəsinin Dağıstan şöbəsi yayıb.
Artıq rayona OMON dəstələri yeridilib. Burada terrorçuların axtarışının aparılması planlaşdırılıb.
Qeyd edək ki, Məhərrəmkənd rayonu Azərbaycanla sərhəddə yerləşir.
Şərhlər