Tailandda partlayışda üç polis əməkdaşı həlak olub, biri ağır yaralanıb

23.09.2016 13:46     Dünyadan reaksiya     1076

 Tailandın cənubunda bomba partlayışı nəticəsində üç polis əməkdaşı həlak olub, biri isə ağır yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Malayziya ilə sərhəddə yerləşən Yalla əyalətinin Puronq rayonunda baş verib.

Partlayıcı qurğu patrul polisinin avtomobili altında partladılıb. Məlumata görə, partlayışın şiddətindən polis avtomobili bir neçə metr havaya qalxıb. Həmin zaman avtomobildə olan dörd polisdən üçü yerindəcə dünyasını dəyişib, bir polis əməkdaşı isə ağır yaralanıb və xəstəxanaya çatdırılıb.

Polis partlayışı ölkənin cənubunda fəaliyyət göstərən separatçı qruplaşmalardan birinin törətdiyini hesab edir.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar